SOCAR-ın prezidenti Rövşən Nəcəf 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib.
“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf bununla bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur:
"5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə "SOCAR Könüllüləri"nin timsalında bütün könüllüləri ürəkdən təbrik edir, bilik və bacarıqlarının artırılmasına və gələcək karyera inkişaflarına geniş imkan yaradan könüllülük fəaliyyətlərində hər birinə uğurlar diləyirəm."
Qeyd edək ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Onu da bildirək ki, ölkə Prezidentinin gənclərin təcrübə qazanmaları üçün həm dövlət qurumlarına, həm də özəl sektora könüllü kimi cəlb olunmaları ilə bağlı tapşırığını rəhbər tutaraq, "SOCAR Media"nın nəzdində “SOCAR Könüllüləri” qrupu yaradılıb. 6 ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi “SOCAR Könüllüləri” qrupunun üzvləri ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən olan tələbələrdir.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib