07 dekabr 2022 17:16
565

Hicran Hüseynova Sumqayıtda seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib - FOTO

Dekabrın 7-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb.

Vətən müharibəsi qazilərinin müraciəti yerindəcə öz həllini tapıb.

Qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.

Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.