08 dekabr 2022 15:24
649

Ağdaşda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində bir qrup gəncin iştirakı ilə görüş keçirilib. Əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış olan görüş iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqımız və ölkəmiz üçün gördüyü böyük işlər haqqında ətraflı danışdı.

Daha sonra çıxış edənlər - Ağdaş Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov ulu öndərin gənclər siyasətindən, Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxəliyeva dahi şəxsiyyətin Azərbaycan mədəniyyəti və incəsənəti üçün gördüyü böyük işlərdən, Dəhnəxəlil kənd tam orta məktəbin direktoru Pərvin Rəhimov ümummilli liderin Azərbaycan dilinin, Ağdaş Dövlət Humanitar Kollecinin müəllimi Dilarə Manafova isə ölkə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etdilər.

Çıxışçılar qeyd etdilər ki, ulu öndər Heydər Əliyev ömrünü Azərbaycan xalqına, dövlətinə həsr etmiş tarixi şəxsiyyət və müasir Azərbaycan tarixinin özüdür. Yenitəşən gənc nəsil isə müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə mütləq bu tarixi öyrənməlidir.