09 dekabr 2022 14:22
549

Ulu öndər Heydər Əliyevin əbədi xatirəsini xalqımız hər an yad edir - FOTO

Dekabrın 9-da Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının sədr müavini E. Qafarov açıq elan edib. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 19 il ötür. Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.

Tədbirdə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova ,Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işləri barədə fikirlər səsləndiriblər.

Sonda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara həsr edilmiş sərgiyə baxış keçirilib.