Ötən gün ölkəmizdə aparılan 1 min 843 test nəticəsində məlum olub ki, 53 nəfər koronavirusa (COVID-19) yoluxub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 2 nəfər dünyasını dəyişib, 22 nəfər COVID-19 xəstəsi isə sağlamlığına qovuşub.