Azərbaycanda son sutkada koronavirus (COVID-19) 468 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 217, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, “buster” doza ilə peyvənd olunanların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 nəfərdir.