Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
12 dekabr 2022-ci il tarixində respublikamızın bütün yaşayış məntəqələrində olduğu kimi, Daşkəsən rayonunda da yüzlərlə daşkəsənli Heydər Əliyevin heykəli önünə gələrək onun əziz xatirəsini ehtiramla yad edib.
YAP fəalları, bitərəflər və yaşlı nəsilin nümayəndələri dövlətçilik səlnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevi bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilməsindən söhbət açıblar və ona Allahdan rəhmət diləyiblər.
Cavid Əkbərov, «İki sahil»