13 dekabr 2022 14:17
805

"SOCAR Türkiyə"'yə "Stratejik Partnerlik" mükafatı verildi

"Türkiye İnovasyon Haftası" tədbirində "SOCAR Türkiyə"'yə texnologiya ve innovasiya sahəsində uğurlu fəaliyyətə görə "Stratejik Partnerlik" mükafatı verilib. 

“İki sahil” xəbər verir ki, bu haqda SOCAR-ın sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilir ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanova mükafat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.