Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda ANAMA-nın minaya düşən əməkdaşı, Goranboy rayonu Qaradağlı kənd sakini Ruhin Vəliyevin ailəsini, daha sonra isə müalicə məqsədilə Bakıda qalan Ruhin Vəliyevi əmisi evində ziyarət edib.
“İki sahil” xəbər verir ki, Goranboy rayonunda səfərdə olan zaman millət vəkili Ruhin Vəliyevin ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Daha sonra Bakıda Ruhin Vəliyevlə görüşüb, onun səhhəti və müalicəsi ilə maraqlanıb.
Ruhin Vəliyev də ona və ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.