14 dekabr 2022 10:25
444

Bakıda bu il 270 yeni eynisəviyyəli piyada zolağı təşkil edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısı yanında Bakı Nəqliyyat Agentliyi bu il vətəndaş müraciətləri və təhlillərə əsasən 270 yeni eynisəviyyəli piyada zolağı təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

"Bunun sayəsində piyadaların daha intensiv olduğu ünvanlarda təhlükəsizlik təmin edilib", - deyə qurum bəyan edib.