14 dekabr 2022 20:20
514

Səbinə Xasayeva Korgöz  qəsəbəsində bir qrup vətəndaşı qəbul edib FOTO

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 14-də  Korgöz bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək onların  müraciət və təkliflərini dinləyib.  

“İki sahil” xəbər verir ki,  vətəndaşlar qəsəbədə fərdi evlərin sənədləşdirilməsi,yarımçıq qalmış kanalizasiya sisteminin yenidən qurulması və yeni yaşayış massivində kanalizasiya  xətlərinin ana xəttə birləşdirilməsi,qəsəbəyə fasiləsiz su  verilməsinin təmin edilməsi,  avtobus dayanacağının  quraşdırılması, asfalt örtüyü çəkilmiş yolların işıqlandırılmasının başa çatdırılması,məhəllədaxili yolların təmiri və asfaltlaşdırılması, özünüməşğulluq proqramına cəlb edilmələri,onlara ünvanlı sosial yardım təyin edilməsi, işə qəbul olunmaları və bəzi sosial məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi məqsədilə qeydə alınıb. Vətəndaşların müraciətləri  müvafiq qurumlara təqdim edilmək üçün millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan  razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin  dövlət başçısının vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.