15 dekabr 2022 15:12
915

"Azəriqaz" əməkdaşları mükafatlandırılıblar FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həm paytaxtda, həm də regionlarda işgüzar və qabaqcıl qaz təsərrufatı əməkdaşları davamlı olaraq mükafatlandırılırlar. Belə bir tədbir növbəti dəfə Tərtər rayonunda reallaşıb.

Tədbirdə iştirak edən Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev Tərtər RQİİ-nin xidmət sahələrində çalışan 19 əməkdaşı Baş direktorun adından salamlayaraq onları faydalı işlərinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıb.

E. Zaman, "İki sahil"