15 dekabr 2022 16:30
542

21 yaşlı bloger qəzada öldü

TikTok-da paylaşdığı videolarla tanınan, "Ali Spice" ləqəbli bloger Aleksandra Dulin vəfat edib.

“İki sahil” xəbər verir ki, 21 yaşlı blogerin ölümünə səbəb qəzaya düşməsi olub. Hadisə Floridada baş verib. "Toyota Tacoma"  markalı avtomobilin sürücüsü səhv istiqamətə çıxaraq qəzaya səbəb olub. Nəticədə Dulinlə birgə 2 nəfər də hadisə yerində həyatını itirib.

Qəza törədən şəxs maşınını orada qoyaraq qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun kimliyini araşdırır.