16 dekabr 2022 17:26
930

Abonentlər daha çox nədən  şikayətlənirlər? - FOTO

Dekabrın 16-da SOCAR «Azəriqaz» İstehsalat Birliyində  (İB)  media nümayəndələrinin iştirakı ilə «Açıq qapı» aksiyası keçirilib. Aksiyada son 11 ay ərzində «Azəriqaz»a nə qədər şikayət və müraciətin daxil olması barədə məlumat verilib. 

Tədbirdə çıxış edənİB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev 2022-ci ilin yanvar- noyabr aylarında  quruma 7800 müraciətin daxil olduğunu bildirib. Qurum rəsmisi bu müraciətlərin 5805-nin “Opentext” proqramı vasitəsilə ünvanlandığını qeyd edib.

Onun sözlərinə görə, onların içərisində şikayət xarkterli müraciətlər də var. Belə ki, daxil olan şikayətlərin çoxu  sayğacların koda düşməsi və kartlardakı vəsaitlərin sayğaclara yüklənməsindəki ləngimələrlə bağlıdır.

Ənənəvi aksiyada çıxış edən Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə daxil olan məlumatların ötən ilin analoji dövrü ilə müqayisədə azaldığını vurğulayıb.

 Şöbə rəisi azalmanın əsas səbəblərindən biri kimi Birliyin həyata keçirdiyi kütləvi aksiyaları və maarifləndirmə tədbirlərini qeyd edib.
«Açıq qapı» aksiyasında digər məsələlər də müzakirə olunub. Eyni zamanda, jurnalistləri maraqlandıran suallar geniş şəkildə cavablandırılıb. 

E. Zaman,

«İki sahil»