Azərbaycanda son sutkada koronavirus (COVID-19) 501 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 176, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, “buster” doza ilə peyvənd olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 927 min 626, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 394 min 553, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 874 min 955 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 393 min 757, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 min 361 nəfərdir.