17 dekabr 2022 17:50
490

Metroda telefon və pul oğurlayan şəxs tutulub

Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib.

DİN-dən "İki sahil"ə verilən məlumata görə, iki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.

Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.