Növbəti həftə (20-23.12.2022 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“İki sahil” xəbər verir ki, aksiya həftənin 2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı), 4-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib