19 dekabr 2022 11:32
676

Nizami Gəncəvi haqqında bədii film çəkilib

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında bədii film çəkilib.

“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq: "Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir".