19 dekabr 2022 12:05
665

Nazirlik: Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınması başlayıb

Qarabağdakı mədəni nümunələrin qeyri-qanuni formada aparılması, yəni oğurlanması istiqamətində siyahıya alınma işləri başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib.

Şöbə müdiri qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə müştərək iş aparılır, əməkdaşlıq edilir.