20 dekabr 2022 12:34
1135

“Azəriqaz” Sumqayıtda təmir işlərini təxirə salıb

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Sumqayıt şəhərinin qaz təchizatında planlaşdırılan təmir işləri təxirə salınıb.

SOCAR İstehsalat Birliyi “Azəriqaz”dan “İki sahil”ə verilən məlumata görə, "Şəhər-4” orta təzyiqli qaz xəttində aparılacaq təmir işləri, həmçinin Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Bakı-XXI Bm” MTK-ya məxsus 240 mənzilli yaşayış binasına təbii qazın verilməsi məqsədilə çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 20.12.2022-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılacağı planlaşdırılırdı.

“Lakin hava şəraitinin kəskin soyuması səbəbindən görüləcək işlər müvəqqəti təxirə salınıb. Bu gün Sumqayıt şəhərinin qaz təchizatında heç bir planlı məhdudiyyət olmayacaq”, - məlumatda bildirilir.