20 dekabr 2022 13:55
1434

SOCAR rəhbərliyi Ankarada Ulu Öndərin abidəsini ziyarət edib - FOTO

SOCAR rəhbərliyi Türkiyəyə səfər edib. 

“İki sahil” xəbər verir ki,  bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkədə paylaşım edib.

Paylaşımda qeyd edilir: "Türkiyəyə səfər çərçivəsində Ankara şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etdik, Ümummilli Liderimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etdik."