Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub
2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır