05 avqust 2026 13:52
121

Salah “Trabzonspor”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib VİDEO

"Trabzonspor" komandasının yeni transferi Məhəmməd Salah Türkiyəyə gəlib.

“İki sahil” “NTV Spor”a istinadla xəbər verir ki, ulduz futbolçunu gətirən təyyarə İstanbul hava limanına eniş edib.

Misirli hücumçu bu gün Trabzona yollanacaq və tibbi müayinədən keçəcək. Daha sonra isə onunla 2 illik rəsmi müqavilə imzalanacaq.

İddiaya görə, forvard yeni klubunda illik 17 milyon avro maaş alacaq.

Qeyd edək ki, Məhəmməd Salah son olaraq İngiltərənin “Liverpul” komandasında çıxış edib.