24 dekabr 2022 13:02
1164

“Azəriqaz” “Smart ötürücü qurğular”ın quraşdırılmasına başlayıb

Hazırda “Azəriqaz”ın pilot layihəsi olan “Smart ötürücü qurğular”ın iki minə yaxını yeni inşa edilmiş yüksək mərtəbəli binalarda quraşdırılıb.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "İki sahil"ə açıqlamasında deyib.

Eldəniz Vəliyev bu qurğuların üstün və fərqli cəhətlərini diqqətə çatdırıb: “Bu qurğular sayğac göstəricilərinin qısa zaman aralığında məsafədən oxunması və ödənişdən yayınan abonentlərdə qazın təminatının məsafədən qapanmasına imkan verir”.