Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib.
“İki sahil” xəbər verir ki, askiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutub.
Soydaşlarımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edib, yerli ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora cəlb ediblər.
Aksiyada ingilis və alman dillərində “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir” və digər şüarlar səsləndirilib.
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub
2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır