Dekabrın 26-da Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının 15-ci günündə bu yoldan Rusiya sülhməramlılarına məxsus 3 minik və 9 təminat avtomobilinin sərbəst keçidi təmin olunub.
“İki sahil” xəbər verir ki, avtomobillərdən 6-sı Laçından Xankəndiyə, qalan yarısı isə əks istiqamətdə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, yolun Şuşa şəhəri ərazisindən keçən hissəsində təşkil olunan aksiya humanitar məqsədlər üçün istifadə edilən avtomobillərin hərəkətinə heç bir maneə törətmir.
Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub
2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır