Serbiya ordusunun xüsusi təyinatlılarının sayı üç dəfə artırılacaq.
“İki sahil” xəbər verir ki, bunu Prezident Aleksandr Vuçiç mətbuat konfransında deyib.

"Bu ilin əsas vəzifəsi Serbiya ordusunun xüsusi bölmələrinin 1600 əsgərininın sayının artırılaraq 5 minə çatdırmaq olacaq", - deyə Serbiya lideri bildirib.
O, komandoların maaşlarının böyük məbləğdə artırılacağını vurğulayıb. “Xüsusilə, əsas əməkhaqqı iki min avrodan çox olacaq, gecə növbəsi və vəzifə üçün əlavə ödənişlər də nəzərdə tutulub”, -deyə A.Vuçiç əlavə edib.