Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar