06 yanvar 2023 19:17
1078

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib - DİQQƏT

Sabah axşam saatlarından yanvarın 12-si səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki,  bu haqda "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.