Hindistan yanvarın 12-13-də “Qlobal Cənubun Səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın ölkəmizdəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. Sammitə 120-dən çox ölkə dəvət olunub.
Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də baş tutacaq. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.
Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir Səs – Bir Məqsəd” olacaq.
Bundan əlavə, nazirlərin səkkiz sessiyası keçiriləcək: “İnsan mərkəzli inkişafın maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası; Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə artımın balanslaşdırılması” mövzusunda sessiyası; “Qlobal Cənubun prioritetləri – Əlverişli mühitin təmin edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası; Energetika nazirlərinin “Enerji təhlükəsizliyi və inkişaf – Rifahın yol xəritəsi” mövzusunda sessiyası; Səhiyyə nazirlərinin “Dayanıqlı səhiyyə sistemlərinin qurulması üçün əməkdaşlıq” mövzusunda iclası; “İnsan resurslarının inkişafı və potensialın artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası; Ticarət nazirlərinin “Qlobal Cənubda sinerjinin inkişafı – ticarət, texnologiya, turizm və resurslar” mövzusunda sessiyası; “G-20: Hindistanın sədrliyi üçün təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.
Qeyd edək ki, “Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan bir termindir.
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir