Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.
İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.
Faktla bağlı araşdırma aparılır.
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir