10 noyabr 2026 17:37
67

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə dair Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.

Əbu-Dabidəki danışıqların əsas prioritetləri hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik zəmanətləri, Ukraynanın iqtisadi bərpası və inkişafı, humanitar tədbirlərdir.

Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov rəhbərlik edir.