Hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq, Bakının Suraxanı və Xəzər rayonlarında qazın verilişi ilə bağlı müəyyən xırda problemlər yaranıb.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, bu, lokal problemlər idi: “Bir neçə evin qaz təminatında problemlər yaranmışdı. Onun bir neçəsi dərhal gecə saatlarında həll olunub. Bir neçəsi də günorta saatlarına qədər həll olunmuş hesab olunur”.
E.Vəliyev ümid edir ki, lokal deyil, daha geniş mənada qaz təchizatında “Azəriqaz”ın problemi yaranmayıb və yaranmayacaq.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib