“Azəriqaz”ın əməkdaşları “Açıq mikrofon” aksiyası çərçivəsində Şirvanda sahibkarlarla görüşüb, onların qaz təchizatında üzləşdiyi problemlərlə bağlı müraciətləri dinlənilib.
İB-dən "İki sahil"ə verilən məlumata görə, “Azəriqaz”ın Abonent bazasına xidmət şöbəsinin rəis müavini Anar Qədimli vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.
Aksiyada çıxış edən KOBİA nümayəndəsi Rəhman Nəcəfov ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, “Azəriqaz” İB-nin KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib.
Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları adından müraciət edən Nəriman Şahbazov hər il olduğu kimi, bu il də onlara debitor borcun ödənilməsində möhlət verilməsini xahiş edib. İstixana sahibi Etibar Ələkbərov qazın verilişinin təmin edilməsini istəyib.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib