14 yanvar 2023 17:55
1134

Rövşən Nəcəf Xoşbəxt Yusifzadəni təbrik edib

SOCAR-ın prezidenti Rövşən Nəcəf qurumun I vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 93 yaşının tamam olması münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, feysbukda paylaşılan təbrikdə qeyd edilib.

“Neft sənayemizin canlı əfsanəsi, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, Xoşbəxt müəllimə uzun ömür və möhkəm cansağlığı arzu edirik”.