Ukraynada yanvarın 14-də raket atışması zamanı Rusiya hərbçiləri Dneprdə yaşayış binasını vurublar. Dinc sakinlər dağıntılar altında qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram səhifəsində yazıb.
“Sadəcə, vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var", - deyə Timoşenko yazır.
Fövqəladə Hallar Dövlət Xidməti və digər şəhər xidmətləri artıq zərbə yerində işləyirlər.
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb