14 yanvar 2023 19:32
632

"Səbail"dən yeni transfer

"Səbail" heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib. 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qomisin son klubu Fransanın 2-ci liqasında mübarizə aparan "Pau" olub. Həmçinin futbolçu 2021-ci ildən Qvineya-Bisau yığmasının da üzvüdür.