15 yanvar 2023 23:20
645

Cəfər Cabbarlının ev muzeyinin dam örtüyü bərpa edilib

Cəfər Cabbarlının ev muzeyinin dam örtüyü bərpa olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Yanvarın 13-də günün ikinci yarısında güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər sıradan çıxarmışdı. Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb", - deyə məlumatda qeyd olunub.