Britaniya Parlamentinin qarşısında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora qarşı aksiya keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası tərəfindən təşkil olunan aksiyada diaspora üzvləri, Britaniya universitlərində təhsil alan azərbaycanlı tələbələr, türk diasporunun üzvləri və ingilislər iştirak ediblər.
Aksiya iştirakçıları “Ermənistanın Azərbaycandakı ekoloji terroruna son qoyun!”, “Ermənistanın Qafqazda ətraf mühiti məhv etməsinə son qoyun”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun” yazılan plakatlar tutublar.
Aksiya iştirakçıları həmçinin Ermənistanın yerləşdirdiyi minaların mülki şəxslərə qarşı yönəldiyinə də diqqət çəkiblər.
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib