Xeyli müddətdir ki, cari ildə pensiyaların nə qədər artacağı haqda rəqəmlər səsləndirilirdi. Artıq bununla bağlı rəsmi göstərici məlum olub.
“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2022-ci il üçün ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artıb. Bu o deməkdir ki, pensiyalar da bu qədər artacaq.
Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Yəni, əvvəlki il əməkhaqları nə qədər artıbsa, növbəti il bütün növ pensiyalar da o qədər artırılır.