10 fevral 2023 16:28
537

Aleksandr Novak: Neft hasilatı ilə bağlı qərar könüllüdür

Rusiyanın mart ayında gündəlik neft hasilatını 500 min barel azaltmaq qərarı könüllüdür və beynəlxalq məsləhətləşmələr olmadan qəbul edilib.

"İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Bu, könüllü azalmadır - bu barədə heç kimlə məsləhətləşmələr aparılmayıb", - Aleksandr Novak qeyd edib.

Öncə Aleksandr Novak Rusiyanın mart ayında neft hasilatını könüllü olaraq sutkada 0,5 milyon barel azaldacağını bildirib.