Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müşavirədə xüsusilə sərt iqlim şəraitində çətin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, eləcə də xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Döyüş növbətçiliyinin aparılması zamanı sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar