11 fevral 2023 20:37
492

Ceyhun Bayramov Türkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib

Azərbayacnın xarici işlər naziri Ceyhun BayramovTürkiyədə səhra xəstəxanasındakı tibb işçilərinə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovözünün “Twitter“ səhifəsində qeyd edib.

“Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”, - deyə qeyd olunub.