11 fevral 2023 21:48
454

Türkiyəyə qardaş köməyi: Tərtərlilər də humanitar kampaniyaya qoşulublar

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Tərtər rayonu da qoşulub.

“İki sahil” xəbər verir ki, tərtərlilər - ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, sadə vətəndaşlar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigiyenik vasitələr və ərzaq yardımları toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola salınıb.