Azərbaycanda son sutkada koronavirus (COVID-19) 250 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, “buster” doza ilə peyvənd olunanların sayı 64, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 8 nəfərdir.