12 fevral 2023 18:06
614

Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “bp Azerbaijan”dan bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar BTC boru kəmərinin Türkiyədəki operatoru (Botaş International Anonim Şirketi (BIAS)) tərəfindən Ceyhan terminalında tankerlərin yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılmışdı.