İsrail şirkətlərini Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrində iştiraka çağırırıq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan -İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə innovativ texnologiyaların tətbiqi əsas prioritetlərdəndir.
S. Məmmədov deyib ki, Azərbaycanla İsrail arasında mövcud olan ticarət dövriyyəsini artırmaq üçün potensial genişdir: "Dövlət olaraq biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq".
Nazir müavini əlavə edib ki, Azərbaycanla İsrail innovasiyalar sahəsində əməkdaşlıq edir və bu əməkdaşlıq təqdirə layiqdir: "44 günlük Vətən müharibəsində ölkəmiz öz ərazilərini azad edib. İlk növbədə İsrail hökumətinə bizə göstərdiyi siyasi dəstəyinə görə minnətdarıq".