“Azərbaycan və İsrail iki ölkənin işgüzar dairələri və sahibkarları arasında əlaqələri inkişaf etdirməli və genişləndirməlidir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
M.Məmmədov səfir kimi iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlər üçün qarşılıqlı səfərlərin sayının artırılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın İsraillə əlaqələri təkcə son 30 ildəki əməkdaşlıqla məhdudlaşmır: “Antisemitizm sözünü belə eşitməyən Azərbaycanda çox sayda yəhudi təhlükəsiz şəraitdə yaşayıb”.