14 fevral 2023 12:10
333

Prezident İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.

“İki sahil”in xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.