14 fevral 2023 16:27
419

Ötən il Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı açıqlanıb

Ötən il Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı məlum olub.

Bu barədə "İki sahil"ə Dövlət Turizm Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə Azərbaycana 23 935 nəfər İsrail vətəndaşı səfər edib.

Xatırladaq ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.